AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİ BAŞ TƏHLÜKƏSİZLİK İDARƏSİ İLƏ BİRLİKDƏ

BİZ OBYEKTLƏRİN TƏHLÜKƏSİZLİYİNİ TƏMİN EDİRİK

Mühafizə obyektlərinin vizual nəzarət vasitələri tətbiq edilmədən bütün sutka boyunca proqram-aparat müşahidəsi. Bizim müştərilərimizin şəxsi həyatı toxunulmaz qalacaq, amma eyni zamanda onların daşınmaz əmlakı hər hansı formalı icazəsiz xarici daxilolmalardan mühafizə olunacaqdır.

Banklar

Hər bir cinayətkarın ən böyük arzusu - bankı qarət etməkdir. Lap elə o qədər də böyük olmasın, lap elə ən ucqar kənddə olsun - amma bank olsun. Amma, əlbəttə ki, bu həmişə onlara nəsib olmur.

Valyuta dəyişmə məntəqələri

Valyuta dəyişmə məntəqələri - böyük miqdarda pul vəsaitlərinin cəmləndiyi yerdir. Və bu da təbii ki, cinayətkarların diqqətini cəlb etməyə bilməz.

Ofislər

Hər bir müəssisənin əməkdaşlarının və texniki bazasının təhlükəsizliyi - onun uğurlu işinin əsasıdır. Lakin hər bir an sizin ofisinizin sakit həyatı əsl cəhənnəmə çevrilə bilər..

Mağazalar və ticarət mərkəzləri

Ticarət nöqtələri - elə yerlərdir ki, burada həmişə çox sayda camaat toplanır. Aydın məsələdir ki, bu halda mağaza sahibləri öz mallarının salamatçılığı barədə ciddi düşünməlidirlər...

Mənzillər

Şəhər mənzilləri hər zaman soyğunçuların diqqət mərkəzində olan obyektlərdən sayılıb. Soyğunçuluqdan nə pəncərələrdə olan qəfəslər, nə qalın qapılar, nə də çoxmərtəbəli evlərin ən yuxarıdakı sonuncu mərtəbələri xilas etmir..

Xüsusi evlər

Xüsusi evlərin məxsusi mühafizə kompleksinə ehtiyacları vardır. Çünki burada yalnız təkcə evin yox, həm də onun ətrafında olan ərazi üzərində də müşahidə yaratmaq lazımdır.

Qarajlar

Qarajların içinin soyğuna məruz qalmalarının, qarət olmalarının praktikası göstərmişdir ki, onun darvaza və qapılarının möhkəmliyi, qarajın bunun üçün ayrılmış xüsusi yerdə olması sizin avtomobilinizi və ümumiyyətlə qarajda olan əmlakınızı tam şəkildə qorumaq iqtidarında deyildir.

Şəhərətrafı kotteclər

Soyğunçuların diqqətini daha çox cəlb edən yerlərdən biri də - şəhərətrafı kotteclərdir. Onların məntiqi ilə özünə kottec almağa imkan edən şəxsin orada bahalı əşyalar, zərgərlik məmulatları və hətta əntiq mallar saxlaya bilməsi ehtimallı böyükdür.

Sənaye müəssisələri

Sənaye müəssisələri - xüsusi təyinatlı obyektlərdir ki, onlar da kompleks mühafizə sisteminin təşkilini tələb edir.

Yanacaqdoldurma stansiyaları

Bədxah niyyətli insanlar üçün avtomobil yanacaqdoldurma stansiyalarının kassası çox cəlbedici görünən "yağlı tikə" funksiyasını daşıyır.