"Yarasa" şirkəti göstərdiyi xidmətlərin yüksək keyfiyyətinə və hər bir müştəriyə fərdi yanaşmanın sərgilənməsinə zəmanət verir.

XÜSUSİ EVLƏR

Əlahiddə dayanmış xüsusi evlər elə xüsusi də mühafizə kompleksinin mövcudluğunu tələb edir. Çünki belə evlərdə nəinki yalnız tək evi müşahidə etmək lazım olur, həm də evin ətrafındakı ərazi də müşahidə altına alınmalıdır. Məsələnin xüsusiyyətlərindən biri də budur ki, belə evlər iri yaşayış məntəqələrindən kifayət qədər uzaq məsafədə də yerləşə bilərlər ki, bu da hər hansı bir xoşagəlməz hadisə baş verən zaman köməyin oraya gəlib çatma vaxtını uzada bilər. Belə bir mənzərəni göz qabağına gətirək. Ailəniz yaşayış məntəqəsindən uzaqda yerləşmiş belə bir evdən çıxaraq bir neçə günlüyə harayasa qonaq gedəsi olur. Evdə heç kimin olmamasından xəbər tutmuş soyğunçular evinizə daxil olur. Bütün bu tip cinayətkarlarda olduğu kimi, onların da əsas məqsədi əlbəttə ki, evdə olan ən qiymətli şeyləri götürməkdir. Vaxtlarının kifayət qədər olmasından istifadə edən qarətçilər bütün evi ələk-vələk edir, seyflərin, gizli saxlancların yerlərini müəyyən etməyə çalışırlar. Bu zaman onlar vəhşicəsinə mebelləri sındırır, şüşələri qırır, hətta bəzən döşəmələri də qoparırlar. Qarətçilər özlərinə lazım olanları götürdükdən sonra hətta evi yandıra da bilərlər. Bununla onlar izləri itirməyə çalışacaqlar. Təcrübə göstərmişdir ki, belə hallarda nə sadəcə xarici müşahidə kameraları, nə də həyətdə itin mövcudluğu Sizin əmlakınızın tam şəkildə qorunacağına zəmanət vermir. “YARASA” şirkəti belə vəziyyətlərin qarşısının alınması üçün müasir mühafizə sistemlərinin quraşdırılmasını təklif edir. Bu – məsafədən müşahidə pultudur. Bütün sutka boyunca, yəni 24 saat ərzində, həftənin 7 günü ərzində təcrübəli mütəxəssislər Sizin evinizi və onun ətrafındakı ərazini fasiləsiz şəkildə müşahidə altında saxlayacaqlar. Evə və yaxud evətrafı əraziyə hər hansı icazəsiz müdaxilə cəhdləri həmin andaca bilinəcək və mərkəzi müşahidə pultuna siqnal gedəcəkdir. Bir-neçə dəqiqənin içində hadisə yerinə silahlı polis dəstəsi gələrək cinayətkarların başının üstünü alacaqdır.