"Yarasa" şirkəti göstərdiyi xidmətlərin yüksək keyfiyyətinə və hər bir müştəriyə fərdi yanaşmanın sərgilənməsinə zəmanət verir.

VALYUTA DƏYİŞMƏ MƏNTƏQƏLƏRİ

Valyuta dəyişmə məntəqələri – külli miqdarda pul vəsaitlərinin cəmləndiyi yerlərdən biridir. Və bu da təbii ki, müxtəlif çeşidli cinayətkarların diqqətini cəlb etməyə bilməz. Bu tip təşkilatların spesifikliyi nəzərə alınaraq, burada fiziki və texnoloji mühafizənin münasib uyğunluğunun tapılması çox zəruridir. Real şəkildə baş verə biləcək bir vəziyyəti təsəvvür edək. Səssiz və kimsəsiz bir gecədir. Böyük qarətçilik “təcrübəsi” olan peşəkar qarətçilər hansısa bir yolla valyuta dəyişmə məntəqəsinə daxil olurlar. Məqsədləri də bəllidir – nağd pulların saxlandığı seyf və kassa. Əksər hallarda bu kimi yerlərdə cəmi bir mühafizəçi olur ki, onu da “həyəcan düyməsini” basana kimi tez bir şəkildə zərərsizləşdirib, əl-qolunu bağlayan cinayətkarlar, özünəməxsus alətlərlə seyfi açaraq, orada olan pulları götürürlər. Bəli, deyə bilərsiniz ki, belə hallar baş verməyə də bilər. Elədir, amma baş vermə ehtimalı həmişə vardır. Və ona görə də belə cinayətləri istisna etmək mümkün deyildir. Lakin qarşısını almaq – tamamilə real bir məsələdir. “YARASA” şirkəti ən yüksək texnoloji səviyyəyə malik kompleks mühafizə sisteminin quraşdırılmasını təklif edir. Sutkanın 24 saatı ərzində, həftənin bütün 7 günü ərzində valyuta dəyişmə məntəqəsi bizim mütəxəssislərin nəzarəti altında olacaqdır. Hər hansı, hətta ən kiçik bir təhlükə məqamında siqnal ani şəkildə mərkəzi mühafizə pultuna daxil olacaqdır. Qarətçilər heç gözlərini qırpmağa macal tapmamış belə, onların başınını üstünü silahlı polis dəstəsi alacaqdır.