Audit Mövcud sistemlərin təhlükəsizlik kompleksi parametrlərinə uyğunluğu baxımından testdən keçirilməsi.
"YARASA Ltd" şirkəti obyektlərin təhlükəsizlik sistemlərinin auditini həyata keçirir. Xidmətin əsas məqsədi - mühafizənin effektivliyinin qiymətləndirilməsi və artırılması, mühafizənin təmin edilməsinə çəkilən xərclərin azaldılması imkanlarının təhlil edilməsidir. Keçirilmiş audit nəticəsində müəssisə onun mühafizə sisteminin işinin effektivliyini əhəmiyyətli dərəcədə artıran təhlükəsizliyin təmin edilməsi sahəsində müasir texnologiyalar tətbiq edir. Audit xidməti aşağıdakıları nəzərdə tutur:
• Bütün mümkün təhlükələrin, o cümlədən, icazəsiz əlşatarlıq əldə edilməsi və obyekt ərazisinə icazəsiz daxilolma təşəbbüslərinin modelləşdirilməsi;
• Real təhlükələr halında mühafizə sisteminin effektivliyinin təhlili;
• Mühafizədə müəyyən edilmiş zəifliklərin aradan qaldırılması üzrə obyektlərin sahibləri, rəhbərləri və personalı üçün təlimatların tərtib edilməsi.
Auditin keçirilməsində məqsəd obyektin mühafizə sisteminin optimallaşdırılması üçün yollar aramaq, istifadədə olan köhnəlmiş avadanlıqlara alternativ variantlar tapmaq və müəssisənin mühafizə xidmətinə çəkilən xərcləri azaltmaqdır. "YARASA Ltd" şirkətinin mütəxəssislərinin böyük iş təcrübəsi bütün bunları yüksək keyfiyyət və effektivliklə həyata keçirməyə zəmanət verir.