"Yarasa" şirkəti göstərdiyi xidmətlərin yüksək keyfiyyətinə və hər bir müştəriyə fərdi yanaşmanın sərgilənməsinə zəmanət verir.

QARAJLAR

Qarajların içinin soyğuna məruz qalmalarının, qarət olmalarının praktikası göstərmişdir ki, darvaza və qapılarının möhkəmliyi, qarajın bunun üçün ayrılmış xüsusi yerdə olması sizin avtomobilinizi və ümumiyyətlə qarajda olan əmlakınızı tam şəkildə qorumaq iqtidarında deyildir. Gəlin təsəvvür edək. Yavaş-yavaş gecəyə keçən bir adi axşam... Bir-birinin yanında sıralanmış qarajlar... Sizin qarajın qapılarına, heç kimin diqqətini cəlb etmədən, iki nəfər təcrübəli maşın oğrusu yaxınlaşır. Onlar praktiki olaraq səssiz bir tərzdə qarajın qapısını açıb, içəri girirlər. Bu dəfə oğruların məqsədi avtomobilinizi aparmaq deyil – on arı yalnız maşının elektron cihazları, bahalı ehtiyat hissələri, bəlkə də təkərləri maraqlandırır. Avtomobildən aparıla bilən hər şey çıxarılır və maşın faktiki olaraq darmadağın edilir. "İşlərini" görüb qurtaran oğrular, rahatca çıxıb gedirlər. Səhər açılır və maşını qarajdan çıxarmaq üçün gələn zaman, sizin gözlərinizin qarşısında kədərli bir mənzərə açılır. Belə halların nə vaxt baş verə biləcəyini öncədən bilmək əlbəttə ki, mümkün deyil, amma qarşısını almaq olar. Həm də ki, lap rahat şəkildə. "Yarasa Ltd" şirkəti qarajınıza müasir mühafizə avadanlığının quraşdırılmasını təklif edir. Belə avadanlıq əmlakınızı etibarlı şəkildə qorumaq iqtidarındadır. Avadanlıq quraşdırıldıqdan sonra qaraj üzərində bütün sutka boyunca müşahidə təşkil edilir. Qarajın qapılarının kənar şəxslər tərəfindən açılması və oraya icazəsiz daxilolma zamanı mərkəzi mühafizə pultuna bu barədə siqnal gedir. Pult arxasında olan mütəxəssislər kənar müdaxilə barədə məlumatı anındaca silahlı mühafizə dəstəsinə ötürür. Bir neçə dəqiqə içində hadisə yerinə gələn polislər, oğruları zərərsizləşdirir və sizin əmlakınızı qoruyur.