"Yarasa" şirkəti göstərdiyi xidmətlərin yüksək keyfiyyətinə və hər bir müştəriyə fərdi yanaşmanın sərgilənməsinə zəmanət verir.

MAĞAZALAR və TİCARƏT MƏRKƏZLƏRİ

Ticarət nöqtələri – elə yerlərdir ki, burada həmişə çox sayda insanlar toplanır. Təəssüf ki, onların arasında bəzən dürüst olmayan şəxslərə də rast gəlinir. Aydın məsələdir ki, bu halda mağaza sahibləri öz mallarının salamatçılığı barədə ciddi düşünməlidirlər... Məsələn, qaranlıq bir gecədir. Qaranlıqdan istifadə edən soyğunçular mağazanı yarırlar. Bu sahədə böyük “təcrübələri” olan cinayətkarlar əvvəlcə mağazanın siqnalizasiyasını ustalıqla söndürürlər. İçəri girən kimi onlar əlbəttə ki, qənimət əldə etmək üçün birinci növbədə kassaları yoxlayırlar. Kassalarda kifayət qədər pul tapmasalar, onlar diqqətlərini texnikaya, ən bahalı mallara və hətta interyer əşyalarına yönəldirlər. Soyğunçuluq prosesində əksər hallarda mağazadakı vitrinlər, mebel və texnika sındırılır, bir çox mallar isə tamamilə xarab olur. Nəticə: biznes ciddi ziyan görür. Bir daha təsdiq olunur ki, həm gecələr, həm fasilələr zamanı, həm də satıçının qısamüddətə öz yerini tərk etməsi vaxtı ticarət obyektlərinin mühafizə olunması zəruridir. “YARASA Ltd” şirkəti bu problemin müasir həllini təklif edir. Şirkətimiz kompleks mühafizə sistemi və məsafədən monitorinq pultunu quraşdırıb təhvil verir. Bununla da ticarət obyekti bütün sutka boyunca aparılan video-müşahidəyə götürülür. Kiçicik bir təhlükə anında siqnal həmin rayonda patrul olan polis dəstəsinə ötürülür. “YARASA Ltd” şirkəti Daxili İşlər Nazirliyi ilə müqavilə əsasında fəaliyyət göstərir. Siqnal ötürüləndən sonra bir neçə dəqiqə ərzində silahlı polis dəstəsi mağazaya yaxınlaşır.