"Yarasa" şirkəti göstərdiyi xidmətlərin yüksək keyfiyyətinə və hər bir müştəriyə fərdi yanaşmanın sərgilənməsinə zəmanət verir.

BANKLAR

Hər bir cinayətkarın ən böyük arzusu – bankı qarət etməkdir. Lap elə o qədər də böyük olmasın, lap elə ən ucqar kənddə olsun – təki bank olsun. Amma, əlbəttə ki, bu, həmişə onlara nəsib olmur. Aydındır ki, hər hansı bir qarət cəhdinin qarşısı anındaca alınmalıdır. Alınmaz bank – əslində müştərilərin pullarının təhlükəsizlik simvolu, onun etibarlı nüfuzlu adının ən başlıca amilidir. Təsəvvür edək ki, qaranlıq bir gecədir. Bank şöbəsinin əməkdaşları artıq işdən çıxıb gediblər. Küçələrdə heç kim gözə dəymir. Şəhər də yavaş-yavaş yuxuya qərq olur. Elə bu anlarda cinayətkarlar banka daxil olurlar. Aydındır ki, bank yarmaq qərarına gələn qarətçilər, çox güman ki, bu "işin professionalıdırlar" və maksimal şəkildə hazırlaşıblar. Onlar cəld hərəkət edərək, tez bir şəkildə bankın kassasını sındırıb, orada olan pulları götürərək bir andaca aradan çıxırlar. Qarət, bankın nəinki maliyyə vəziyyətinə, ilk növbədə onun işgüzar nüfuzuna böyük ziyan vurur. "YARASA Ltd" şirkəti belə hadisələrə qarşı müasir, "ağıllı mühafizə sistemləri”nin quraşdırılmasını təklif edir. Belə sistemlər bank şöbəsinin harada olmasından və texniki təchizat səviyyəsindən asılı olmayaraq, onu tam şəkildə təhlükədən qoruya biləcəkdir. Optimal həll isə - məsafədən monitorinq pultudur. Belə pultun köməyi ilə şirkətimizin mütəxəssisləri obyekt üzərində bütün sutka boyunca – 24 saat ərzində müşahidəni həyata keçirirlər. Biz ildırım sürətilə hərəkət edirik: cinayətkarlar ayaqlarını obyektin içinə qoyar-qoymaz, silahlı polis dəstəsi artıq orada hazır olacaqdır.