"Yarasa" şirkəti göstərdiyi xidmətlərin yüksək keyfiyyətinə və hər bir müştəriyə fərdi yanaşmanın sərgilənməsinə zəmanət verir.

MƏNZİLLƏR

Şəhər mənzilləri hər zaman soyğunçuların və oğruların diqqət mərkəzində olan obyektlərdən sayılıb. Soyğunçuluqdan nə pəncərələrdə olan metal şəbəkə və barmaqlıqlar, nə qalın qapılar, nə də çoxmərtəbəli evlərin ən yuxarıdakı sonuncu mərtəbələri xilas etmir. Mənzildə olan ən qiymətli şeyləri aparmaq üçün ev oğrularına bir neçə dəqiqə tamamilə kifayət edir. Gəlin belə bir vəziyyəti təsəvvür edək. Gecədir. Siz rahat şəkildə evinizdə istirahətdəsiniz. Bütün ailə dərin yuxudadır. Mənzilə girmiş soyğunçuların hərəkətlərini heç kim eşitmir və hiss etmir. Təbii ki, oğruların əsas məqsədi – sizin mənzilinizdə olan qiymətli və rahat şəkildə aparıla bilən əşyalardır ki, onlar da ələ keçirdikləri bu “qənimətləri” tez və gizlin şəkildə mənzildən çıxarmaq istəyirlər. Əlbəttə, evdə kimsə ola-ola mənzili soymaq niyyətinə düşmüş soyğunçuları təcrübəli adlandırmaq da çətin məsələdir. Amma hər bir halda, belə adamların mənzilinizdə olması təbii ki, qətiyyən məqbul deyildir. Vəziyyətin daha bir mürəkkəb tərəfi də ondadır ki, cinayətkarlar mənzildə olarkən ailə üzvlərindən kiminsə oyanıb onlarla qarşılaşmasının nəticəsinin necə olacağı əvvəlcədən bəlli deyildir. “YARASA Ltd” ailənin hər bir üzvünün həyat və sağlamlığının, ailə əmlakının mühafizəsini, onların təhlükəsizliyinin təmin edilməsi metodlarını təklif edir. Biz müasir mühafizə sistemləri quraşdırırıq. Sistem bütün sutka boyunca – 24 saat ərzində sizin mənzilinizi müşahidə altında saxlayır. Ən kiçik təhlükə yaranan kimi, bir neçə dəqiqə ərzində hadisə yerinə silahlı polis dəstəsi gəlir. Təsəvvür edin ki, siz heç yuxudan oyanmağa macal tapmayacaqsınız – oğrular isə artıq saxlanmış və zərərsizləşdirilmişlər. Mənziliniz üzərində müşahidənin vaxtını isə siz özünüz müəyyən edirsiniz. Bunun üçün sadəcə gecə və yaxud evdən çıxmamışdan qabaq mühafizə sistemini qoşmaq kifayət edir.