Növbətçi operator silahlı patrulun hərəkətlərini koordinə edir Operator obyektdə olan cari vəziyyət barədə hərbiləşdirilmiş patrulu məlumatlandırır
Mühafizə sisteminin quraşdırılması məsafədən idaəetmə pultu arxasında daima növbətçi operatorun olmasını da nəzərdə tutur. Bu növbətçi mütəxəssis obyektdəki vəziyyətə nəzarət edir və hər hansı, hətta ən kiçik təhlükə yaranan kimi həmin rayon ərazisində növbə çəkən polis dəstəsinə həyəcan siqnalı ötürür. Artıq uzun illərdir ki, "YARASA Ltd" şirkəti Azərbaycan Respublikası DİN ilə əməkdaşlıq edir. Belə partnyorluğun effektivliyi bütün ölkə boyunca minlərlə xüsusi və dövlət sektoru obyektinin uğurlu mühafizəsi ilə təsdiq olunur.
Növbətçi operatordan siqnal daxil olan kimi silahlı polis dəstəsi həmin andaca hadisə yerinə gəlir. Praktikaya görə mühafizə dəstəsinin silahlı əməkdaşları həyəcan siqnalının daxil olmasından sonra 3 dəqiqədən gec olmayaraq obyektə gəlirlər. Gələn polis nəfərləri cinayətkarları zərərsizləşdirir və cinayətin qarşısını alırlar. Polis nəfərləri rəsmi qurumun nümayəndələri olduğu üçün cinayətkarlıqla mübarizə zamanı qanuni metodların tətbiqində onların imkanları xüsusi mühafizə müəssisələrinə nisbətən əhəmiyyətli dərəcədə böyükdür. Bu isə onların işinin effektivliyinin daha yüksək olduğunun göstəricisidir.