SƏNAYE MÜƏSSİSƏLƏRİ
Sənaye müəssisələri – kompleks mühafizə sistemlərinin təşkil edilməsini tələb edən xüsusi təyinatlı obyektlərdən hesab edilir. Belə müəssisələrə qarşı məkrli planlar quran cinayətkarların diqqət mərkəzində bir qayda olaraq qiymətli avadanlıq, müxtəlif sənədlər və artıq istehsal edilmiş hazır məhsul olur. Təsəvvür edək ki, iş günləri deyil. Sənaye müəssisəsi işləmir. Onun geniş ərazisində isə yalnız bir neçə mühafizəçi vardır. Təbii ki, bir neçə mühafizəçinin belə geniş ərazinin hər yerini nəzarətdə saxlaya bilməsi – praktiki olaraq mümkün məsələ deyildir. Beləliklə, müəssisənin anbarına və ya hansısa istehsal sexinə qarətçilər daxil olur. Onların niyyəti, məsələn, anbarda olan avadanlığın və ya texnikanın, yaxud da hansısa ehtiyat hissələrinin oğurlanmasıdır. Əlbəttə ki, qarətçilər nəyin harada olması barədə əvvəlcədən xəbərdar olmuşlar. Bu halda, anbarın “soyulması” üçün onlara nə qədər vaxt tələb oluna bilər? Yəqin ki, sayılı dəqiqələr... Nəticədə isə sənaye müəssisəsinə çox ciddi ziyan dəymiş olacaq. Qarət işinin üstünün açılması və qarətçilərin tapılması isə yaxın vaxt ərzində heç real görünmür... Hətta onlar tapılsalar belə, qarət etdiklərini artıq geri qaytarmaq çox yəqin ki, mümkün olmayacaqdır. Bəs belə isə, sənaye müəssisəsini qarət və oğurluq baxımından necə 100% təhlükəsiz etmək olar? Bunun üçün “YARASA” şirkəti müasir mühafizə avadanlığının – məsafədən monitorinq pultunun quraşdırılmasını təklif edir. Artıq çoxlu sayda mühafizəçilərin olması zərurəti aradan qalxır. Çünki bütün hər yerdə, bütün otaqlarda nəzarət kameraları quraşdırılacaqdır. Bu kameralardan gələn informasiya mərkəzi mühafizə pultuna daxil olacaqdır. “YARASA” şirkətinin professional mütəxəssisləri isə sutkanın 24 saatı boyunca Sizin müəssisədəki vəziyyəti nəzarət altında saxlayacaqlar. Kiçik bir təhlükə - və siqnal ani şəkildə polisə ötürülür. Cəmi 3 dəqiqə ərzində silahlı polis dəstəsi hadisə baş verən yerdə olur.